AZ

Məhsulların üzərində ana dilində məlumatların yerləşdirilməsi təmin olunub

Bu ilin yanvar-aprel ayları ərzində istehlak bazarına nəzarət tədbirləri çərçivəsində 9 müəssisə tərəfindən idxal olunan 29 adda qeyri-qida malının etiketində Azərbaycan dilində zəruri məlumatların olmadığı aşkar olunub.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin məlumatına görə, pozuntu hallarının aradan qaldırılması məqsədilə həmin müəssisələrə ünvanlanan bildirişlər əsasında məhsulların üzərində ana dilində məlumatların yerləşdirilməsi təmin olunub.

İstehlakçıların məhsul və xidmətlər barədə dolğun, aydın və başa düşülən məlumat əldə etməsi, istehlak zamanı yarana biləcək potensial risklərin, həmçinin aldadılma və çaşdırılma hallarının qarşısının alınması baxımından qeyri-qida mallarının etiketlərində Azərbaycan dilində məlumatların təqdim olunması mühüm əhəmiyyət kəsb edir. Bu tələbin məqsədi istehlakçıların seçim hüququnu təmin etməklə bazarda şəffaflığı artırmaqdır.

Seçilən
0
8
vergiler.az

9Mənbələr