AZ

29 qeyri-qida malının etiketində Azərbaycan dilində zəruri məlumatların olmadığı aşkarlanıb

Bakı. Trend:

Bu ilin yanvar-aprel ayları ərzində istehlak bazarına nəzarəttədbirləri çərçivəsində 9 müəssisə tərəfindən idxal olunan 29 addaqeyri-qida malının etiketində Azərbaycan dilində zəruriməlumatların olmadığı aşkar olunub.

Bu barədə Trend Prezident yanında Antiinhisar və İstehlakBazarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, pozuntu hallarının aradan qaldırılması məqsədiləhəmin müəssisələrə ünvanlanmış bildirişlər əsasında məhsullarınüzərində ana dilində məlumatların yerləşdirilməsi təmin olunub.

"İstehlakçıların məhsul və xidmətlər barədə dolğun, aydın vəbaşa düşülən məlumat əldə etməsi, istehlak zamanı yarana biləcəkpotensial risklərin, həmçinin aldadılma və çaşdırılma hallarınınqarşısının alınması baxımından qeyri-qida mallarının etiketlərindəAzərbaycandilində məlumatların təqdim olunması mühüm əhəmiyyət kəsbedir. Bu tələbin məqsədi istehlakçıların seçim hüququnu təminetməklə bazarda şəffaflığı artırmaqdır", - deyə məlumatda qeydolunub.

Seçilən
1
8
az.trend.az

9Mənbələr