AZ

İsrail-İran münaqişəsi Azərbaycan turizminə necə təsir edib?

Bakı.Trend:

Regionda olan gərginliklər istər Rusiya-Ukrayna, istərHindistan-Pakistan, istərsə də İran-İsrail arsındakı münaqişəşəraiti turistlərin səfərlərinə və səyahət qərarlarına təsiredir.

Bunu Trend-əİran-İsral münaqişəsinin region turizminə təsirini şərh edərkənturizm eksperti Ceyhun Aşurov deyib.

Onun sözlərinə görə, adətən təhlükəsizlik məsələsində sualyaranarsa, insanların ilk etdiyi iş səyahətlərini təxirə salmaq vədaha təhlükəsiz ərazilərə yerdəyişmə etmək olur:

“İrandan və İsraildən Azərbaycana kifayət qədər turist gəlirdi.Son dövrlərdə biz burada artım müşahidə edirdik. Lakin bunabaxmayaraq, münaqişə hava məkanının bağlanmasına səbəb oldu.İnsanlar həm Azərbaycana, həm də ölkəmizdən münaqişə zonalarınasəyahətlərini dayandırdılar.

2024-cü ildə Azərbaycana İrandan 210 min, İsraildən isə 29 minvətəndaş səfər etmişdi. Bu, əvvəlki illərlə müqayisədə artantendensiya idi. Lakin yaranmış vəziyyət bu bazara ciddi təsirgöstərdi. Hətta İran bazarından daha böyük artım gözlənilirdi,çünki 15 iyun tarixindən etibarən Tehran və Təbrizdən birbaşareyslərin həyata keçirilməsi planlaşdırılırdı. Ümumulikdə həftədə6-7 reys təşkil olunmalı idi ki, bu da turistləri İrandanAzərbaycana gəlməsini təmin etməli idi”.

O qeyd edib ki, hazırkı dövrdə hava məkanı bağlıdır:

“Gördüyümüz kimi, bu istiqamətdə hərəkət tamamilə dayanıb.Azərbaycandan İrana və əksinə bütün gedişlər və rezervasiyalar ləğvolunmaq məcburiyyətində qalıb. Turizm şirkətləri əlbəttə ki,alternativ bazarlarla işləməyə çalışmalıdır. Daim alternativbazarlar üzərində iş gedir.

Bildiyimiz kimi, Çin bazarı artıq daha aktualdır, lakin təkcəbir bazar kifayət etmir. Türkiyədən Azərbaycana maraq artır vəkiçik qruplar Türkiyədən ölkəmizə səfər edirlər. Baxmayaraq ki,Türkiyə qardaş ölkədir, burada ciddi potensial mövcuddur, hələ dəTürkiyədən ölkəmizə turist kimi gəlməyən çoxsaylı insanlar var. Buisə Azərbaycan üçün əhəmiyyətli bazar ola bilər. Həm birbaşauçuşların olması, həm də şəxsiyyət vəsiqəsi ilə səfər imkanlarıAzərbaycanı türkiyəli turistlər üçün daha da cəlbedici edir”.

Turizm məsələləri üzrə ekspert Cəfər Qarayev isə Trend-ə açıqlamasındaqeyd edib ki, dünyada hərhansı mənfi hadisə baş verəndə əvvəlcəturizm sektoruna zərbə vurur:

“Buna misal olaraq müharibələri, pandemiyaları, təbiifəlakətləri, iqtisadi və siyasi böhranları göstərə bilərik. Dünyadahər hansı neqativ hal baş verdikdə, turizm və digər iqtisadisahələr əvvəlcə həmin ölkəyə zərər vurur. Hazırda İranla İsrailarasında yaranan münaqişədə hər iki ölkə təbii ki, ziyan çəkir.Bununla yanaşı, onların qonşuluğundakı ölkələr də turizm baxımındanzərər görür.

Bildiyimiz kimi, Azərbaycana ən çox turist gələn ölkələrdən biriƏrəb Körfəzi ölkələri olub. O istiqamətdən Bakı şəhərinə uçantəyyarələr Ərəb Körfəzi və İran üzərindən uçduğu üçün reyslərinçoxu ilk günlərdə ləğv edildi. Sonrakı günlərdə isə bəzi havayolları uçuşlarını bərpa etdi, amma alternativ marşrutlar üzrəhəyata keçirilir. Məsələn, Azərbaycan Hava Yolları və ya Fly Dubaitəyyarələri ilə Bakıdan Dubaya, yaxud əks istiqamətə uçuşlar əvvəl2 saat 40 dəqiqə davam edirdisə, indi bu reyslər 6-7 saata qədəruzanıb. Digər hava marşrutlarından istifadə olunduğu üçün uçuşlargecikir və ya uzun müddət davam edir. Uçuş müddətinin uzanmasıturistlərin xoşuna gəlmir. Onlar 2 saat 40 dəqiqəyəplanlaşdırdıqları uçuşların 6-7 saata dəyişdirilməsini istəmirlər.Buna görə də səfərlərini avtomatik olaraq ləğv edirlər”.

Ekspert bildirib ki, həmçinin, hava yolları təyyarə biletlərininqiymətini artırır:

“Bu vəziyyət yanacaq sərfiyyatının və digər vergilərinartmasına, nəticə etibarilə isə biletlərin qiymətinin yüksəlməsinəsəbəb olur. Bu baxımdan, son beş gündə demək olar ki, hər günsəyahətlərin ləğvi ilə qarşılaşırıq. Bu hal turizm sektorunu ciddişəkildə narahat edir. Bir müddət əvvəl Pakistan-Hindistanmünaqişəsi zamanı da Hindistanın turizm şirkətləri Azərbaycan vəTürkiyəni boykot etmişdi. Nəticədə əvvəlcə həmin istiqamətdən gələnturist axını azaldı. Ardınca isə İsraildən həm qrup, həm də fərdisəfərlər çərçivəsində Azərbaycana gələn turistlərin böyük birqisminin gəlişi iyunun sonuna qədər ləğv olundu. Dünən aldığımızməlumata əsasən, bu turların əksəriyyəti artıq rəsmən ləğv edilib.Həmçinin, Azərbaycan Hava Yollarının Tehran və Təbrizə yenibaşladığı uçuşlar da ümidverici idi. Oradan artıq turistlərölkəmizə gəlmək üçün paket turları alırdılar. Təəssüf ki, buplanlar da baş tutmadı və həmin səfərlər də ləğv olundu”.

“Azərbaycandan İran və İsrailə səyahət edənlərin sayı isə oqədər də çox deyildi. Bu istiqamətdə səfər edənlər əsasən diniməqsədlərlə və ya müalicə üçün gedirdilər. Lakin bu səfərlər dəqeyri-müəyyən vaxta qədər ləğv olunub. Əgər münaqişə dayansa,turizm sektoru bərpa mərhələsinə keçə bilər. Onu da qeyd etməklazımdır ki, koronavirus pandemiyasının başlanmasından bu günəqədər biz hələ də postpandemiya dövrünü yaşayırıq. Quru sərhədlərhələ də bağlıdır və mövcud statistikalara əsasən, Azərbaycanpandemiyadan əvvəlki turist axınını tam bərpa edə bilməyib. Artıq 5ildir ki, həmin hədəflərə çatmaq üçün çalışırıq. Lakin bizdən asılıolmayan səbəblərdən dolayı görünür ki, yaxın müddətdə bu hədəflərəçatmaq mümkün olmayacaq”.

Turizm eksperti Rəhman Quliyev isə Trend-ə qeyd edib ki, bu gün bir çoxölkələrdə, həmçinin, İsrail və İran arasında baş verən gərginlikturizm coğrafiyasına ciddi təsir edib:

"Münaqişələr turizm destinasiyalarına və marşrutlarına cidditəsir göstərir. Təbii ki, hazırkı şəraitdə Təl-Əvivə, Tehran vəTəbrizə həyata keçirilən uçuşlar təxirə salınıb. Mövcud vəziyyətdənəvvəl İsraildən Azərbaycana kütləvi turist axını müşahidə olunurdu.Hava yollarının, ümumilikdə isə hava məkanının uçuşlara bağlanmasıgöstərir ki, bu prosesin bir müddət davam etməsi ehtimalolunur".

“Ukrayna–Rusiya və Pakistan–Hindistan münaqişələri kimi,İran–İsrail qarşıdurması da Azərbaycanda turizm sektoruna mənfitəsir göstərir. Məsələn, gərginlik yaranmazdan əvvəl Hindistandanölkəmizə kütləvi turist axını müşahidə olunurdu. Hazırda isə buistiqamətdə azalma müşahidə edilir. Ümumilikdə, iyun ayındaAzərbaycana gələn turist sayında müəyyən azalma qeydə alınıb ki, buda mövcud geosiyasi vəziyyətlə birbaşa əlaqəlidir.

Bununla belə, Azərbaycanın digər turizm destinasiyaları və yenibazarlarla da əməkdaşlığı mövcuddur. Məsələn, Çinlə qurulanəlaqələr nəticəsində bu ölkədən Azərbaycana əhəmiyyətli saydaturist axını gözlənilir. Digər tərəfdən, Rusiya vətəndaşlarınınAvropaya səfərlərində müəyyən məhdudiyyətlərin olması səbəbiləonlar alternativ olaraq Azərbaycanı seçirlər. Hazırda ölkəmizdəmövcud olan ictimai-siyasi sabitlik isə turist axınının davamlı vədayanıqlı şəkildə artmasına imkan yaradır”, - R.Quliyev qeydedib.

Məqalədə:
Seçilən
12
4
az.trend.az

5Mənbələr