AZ

Evə oğurluğa girən şəxs iki nəfərə xəsarət yetirdi

Qazaxda baş verən quldurluq hadisəsinin təfərruatları məlum olub.

Modern.az Apa-ya istinadən məlumat verir ki, rayonun Qazaxbəyli kənd sakini 1979-cu il təvəllüdlü Emin Allahverdiyevin evinə gələn oğru onun övladının kiçik toy məclisindən yığılan pulu oğurlamaq istəyib. Bu məqsədlə ev sahibini bıçaqlayıb, həyat yoldaşı Kəmalə Allahverdiyevaya xəsarət yetirib. Onlar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Qazax rayon Polis Şöbəsində araşdırma aparılır.

Quldurluq edən şəxsin zərərçəkən ailənin tanıdığı şəxs olduğu bildirilir. Həmin şəxs zərərçəkən Emin Allahverdiyevin atası ilə 10 il birlikdə işləyib. Hadisə baş verən gecə quldurluğa gələn şəxs evə daxil olan zaman zərərçəkmişin həyat yoldaşı onu görüb. Bu zaman masqalı şəxs qadının başında küt ailətlə vurub, o, huşunu itirərək yıxılıb. Səsə gələn Emin Allahverdiyevə də kəsici ailətlə xəsarət yetirib. Qonşular səsi eşidərək gəlib, quldurluğa gələn şəxsi tutub polisə təhvil veriblər.

Seçilən
7
4
modern.az

7Mənbələr