AZ

Evə oğurluğa gələn şəxs iki nəfərə xəsarət yetirib

Qazaxda evdə baş verən quldurluq hadisəsinin təfərruatları məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, quldurluq edən şəxs zərərçəkən ailənin tanıdığı şəxs olub. Həmin şəxs zərərçəkən Emin Allahverdiyevin atası ilə 10 il birlikdə işləyib.

Hadisə baş verən gecə quldurluğa gələn şəxs evə daxil olan zaman zərərçəkmişin həyat yoldaşı onu görüb. Bu zaman masqalı şəxs zərəçəkinin qadının başından küt ailətlə vurub, o, huşunu itirərək yıxılıb. Səsə gələn Emin Allahverdiyevə də kəsici ailətlə xəsarət yetirilib. Qonşular səsi eşidərək gəlib, quldurluğa gələn şəxsi tutub polisə təhvil veriblər.

    Məlumata görə, rayonun Qazaxbəyli kənd sakini 1979-cu il təvəllüdlü Emin Allahverdiyevin evinə gələn oğru onun övladının kiçik toy məclisindən yığılan pulu oğurlamaq istəyib.

    Bu məqsədlə ev sahibini bıçaqlayıb, həyat yoldaşı Kəmalə Allahverdiyevaya xəsarət yetirib. Onlar xəstəxanaya yerləşdiriliblər.

    Faktla bağlı Qazax rayon Polis Şöbəsində araşdırma aparılır.

    Seçilən
    4
    4
    bakivaxti.az

    7Mənbələr