Bakı.Trend:
16 iyunda Azərbaycan Respublikasının Latviyadakı Səfirliyi,Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi və Latviyanın“Şimali Avropa Siyasəti Mərkəzi” beyin mərkəzinin birgətəşkilatçılığı ilə Riqa şəhərində “Azərbaycanda MinatəmizləməFəaliyyəti: Prioritetlər və Təhdidlər” mövzusunda dəyirmi masakeçirilib.
TrendAzərbaycan Respublikasının Latviyadakı Səfirliyinə istinadən xəbərverir ki, tədbiri giriş nitqi ilə açan Azərbaycanın Latviyadakısəfiri Elnur Sultanov tədbirin təşkil olunmasının məqsədininAzərbaycanın üzləşdiyi mina təhlükəsi, minatəmizləmə sahəsindəaktual aspektləri, xüsusilə humanitar minatəmizləmə, beynəlxalqyardım və əməkdaşlığın zəruriliyi ilə bağlı məsələləriişıqlandırmaq olduğunu diqqətə çatdırıb. Səfir Ermənistanın 30 iləyaxın davam edən hərbi işğalı nəticəsində Azərbaycanın mina vəpartlamamış hərbi sursatlarla ən çox çirklənmiş ölkələr sırasındaolduğunu bildirib. O qeyd edib ki, işğal dövründə Ermənistantərəfindən Azərbaycan ərazilərində təqribən 1.5 milyon mina vəpartlamamış hərbi sursatlar basdırılıb, bu da Azərbaycan ərazisinin13 faizdən çoxunu əhatə edir. Bildirilib ki, ölkəmizin üzləşdiyi buproblem mülki əhali üçün ciddi təhlükə yaradır, işğaldan azadedilmiş ərazilərin bərpasına və keçmiş məcburi köçkünlərintəhlükəsiz və ləyaqətli şəkildə qayıdışına əngəl törədir.
Latviyanın sabiq Prezidenti Raymonds Veyonis Azərbaycanda mövcudmina probleminin törətdiyi fəsadlara toxunaraq, sözügedəntəhlükənin böyük olduğunu qeyd edib və ANAMA-nın humanitarminatəmizləmə fəaliyyətini yüksək qiymətləndirib. O, müharibəninbitdiyini, lakin davamlı sülh üçün təhlükəsiz yaşamaq imkanınınəhəmiyyət kəsb etdiyini qeyd edib. R.Veyonis Azərbaycana yalnızsözlər ilə deyil, siyasi iradə göstərərək praktiki beynəlxalqdəstəyin edilməsinə çağırıb. O, həmçinin Latviyanın özünün dəBirinci və İkinci Dünya Müharibələrindən qalmış partlamamış hərbisursatlardan əziyyət çəkdiyini və Azərbaycanın əldə etdiyi bilik vətəcrübəni nəzərə alaraq, bu sahədə ikitərəfli əməkdaşlığı faydalıolacağını vurğulayıb.
“Şimali Avropa Siyasəti Mərkəzi”nin sədri, Latviyanın sabiqmüdafiə naziri Artis Pabriks ölkəmizin Latviya üçün Cənubi Qafqazdauzun illər strateji tərəfdaş olduğunu diqqətə çatdıraraq, hazırkıdəyirmi masanın Azərbaycanın üzləşdiyi mina təhlükəsi ilə yaxındantanış olmaq üçün imkan yaratdığını bildirib. O, tədbirdə Latviyanınmüxtəlif dövlət qurumlarının nümayəndələrinin iştirakını qeyd edibvə müzakirələrin hər iki ölkənin aidiyyəti qurumları arasındaəməkdaşlığa təkan verəcəyinə ümidvar olduğunu ifadə edib. A.PabriksAzərbaycanın öz torpaqlarını işğaldan azad etmiş dünyanın nadirölkələrdən biri olduğunu, lakin hələ də mina təhlükəsindən əziyyətçəkdiyini və bu problemin həll olunması üçün beynəlxalq yardımıngöstərilməsinin zəruri olduğunu vurğulayıb. O, Azərbaycanda mövcudmina probleminin insan həyatı üçün təhlükəli olmasından əlavəmədəni irsinə böyük təhdid olduğunu bildirib.
Sonra Milli Məclisinin üzvü Qaya Məmmədov çıxış edərək,Azərbaycan torpaqlarının işğaldan azad olmasından sonra, məcburiköçkün düşmüş soydaşlarımızın öz torpaqlarına qayıtması üçünAzərbaycan Hökumətinin külli miqdarda vəsaitin xərclədiyini, lakinErmənistanın həm də keçmiş təmas xəttindən uzaq, mülki ərazilərdəmina basdırması soydaşlarımızın qayıtması üçün ciddi əngəltörətdiyini diqqətə çatdırıb. Q.Məmmədov problemin miqyasının böyükolması, azad olunmuş torpaqların mina və partlamamış hərbisursatlardan təmizləmək üçün xarici yardımın 5 faizdən də azolduğununa diqqəti cəlb edərək, beynəlxalq dəstəyin artırılmasınıninsan həmrəyliyi və davamlı sülhün əldə edilməsi baxımındanvacibliyini vurğulayıb. O, minatəmizləmə sahəsində ölkəmizin əldəetdiyi bilik və təcrübənin artıq beynəlxalq tərəfdaşlar iləbölüşdüyü və bir sıra ölkələrə bu sahədə göstərilmiş yardım barədəsöz açıb.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarəHeyəti sədrinin müavini Samir Poladov minatəmizləmə sahəsindəfəaliyyətə dair təqdimat keçirib. S.Poladov mina və partlamamışhərbi sursatlarla dünyada ən əziyyət çəkən ölkələrdən biri olanAzərbaycanın üzləşdiyi problemin miqyası, ANAMA-nın humanitarminatəmizləmə fəaliyyəti, mina təmizləmənin bərpa və yenidənqurmaişlərindəki önəmi, mina təhdidlərinin yaratdığı fəsadlar və insansağlamlığına vurduğu zərər barədə ətraflı məlumat verib. O,minaların humanitar problemlərdən əlavə, ətraf mühitə də ziyanyetirdiyini və Azərbaycan minatəmizləmə problemlərinin həlli üçünbeynəlxalq donorların da iştirakının əhəmiyyətini vurğulayıb.S.Poladov ANAMA-nın sözügedən sahədə topladığı təcrübə haqqında sözaçıb və ərazilərdə minatəmizləmə əməliyyatları zamanı yenitexnologiyalar, avadanlıqlar və müasir yanaşmalar tətbiq etdiyinidiqqətə çatdırıb.
Daha sonra Latviya Milli Silahlı Qüvvələrininpolkovnik-leytenantı Kaspars Ladzinş mina və partlamamış hərbisursatların zərərsizləşdirilməsi sahəsində Latviya təcrübəsi iləbölüşüb. Tədbir müzakirələr ilə davam edib.
Tədbirdə Latviya Seyminin üzvləri, Xarici İşlər Nazirliyi,Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinin rəsmiləri, Latviyadaakkreditə olunan diplomatik nümayəndəliklərin nümayəndələri vəekspert dairələrinin təmsilçiləri iştirak ediblər.