AZ

ÇAXAL: "Gecə İrana irimiqyaslı zərbələr endirilib"

İyunun 17-nə keçən gecə İsrail Hərbi Hava Qüvvələri İranın qərbində yerləşən İran hərbi obyektlərinə bir neçə ağır zərbələr endirib. Bu barədə İsrail Müdafiə Qüvvələrinin (ÇAXAL) mətbuat xidməti məlumat yayıb.


Qeyd olunub ki, bu zərbələr zamanı onlarla raket qurğusu məhv edilib və yer-yer tipli raketlər üçün anbara hücum edilib. İsrail hərbçiləri həmçinin zenit-raket buraxılış qurğuları və pilotsuz təyyarələrin saxlandığı obyektlərə də zərbələr endirib.

Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə İranın nüvə və raket proqramlarına zərər vurmaq üçün "Am KeLavi" (Şir kimi millət) əməliyyatına başladığını elan edib. ÇAXAL Tehran və Natanz da daxil olmaqla bir neçə bölgədə əvvəlcədən müəyyənləşdirilmiş hədəflərə zərbələr endirib. Hədəflər İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvlərinin yerləşdiyi hərbi bazalar, hava hücumundan müdafiə sistemləri və bəzi yaşayış kompleksləri olub.

Belə bir gərginlik fonunda İranın ali dini lideri Əli Xamenei vətəndaşlara müraciət edib. O, gözlənilməz hücumlar nəticəsində bir neçə alim və yüksək rütbəli komandirin həlak olduğunu bildirib. Eyni zamanda Xamneyi İsrailin zərbələrinə cavab məsələsində İran əsgərlərinə “hərəkət azadlığı” verdiyini bildirib. Artıq bir neçə gündür ki, hər iki ölkə qarşılıqlı şəkildə bir-birinin ərazisini bombalayır.

Tural

Seçilən
7
3
news365.az

10Mənbələr