AZ

Bakıda yenə tıxacdır

ain.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda:

1. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından "Koroğlu" metrostansiyası istiqamətində (dairəyə qədər);

2. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metrostansiyası istiqamətində;

3. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

4. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;

5. Qara Qarayev prospekti, "Qara Qarayev" metrostansiyasından "Koroğlu" metrostansiyası istiqamətində;

6. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

7. Binəqədi şosesi, "Azadlıq prospekti" metrostansiyası istiqamətində sıxlıq müşahidə olunur.

“Cebheinfo.az” 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
39
50
cebheinfo.az

10Mənbələr