AZ

Bakıda sahibkarlar metronun girişini “talkuçka”ya çevirib VƏTƏNDAŞ ŞİKAYƏTİ FOTO

ain.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dəfələrlə səkilərin zəbt edilməsi ilə əlaqədar xəbər versək də, hətta qurumlar bu istiqamətdə tədbirlər həyata keçirsə də, yenə də bəzi sahibkarlar özbaşınalıq etməyə davam edir. Paytaxt sakinləri bu barədə dəfələrlə narazılıqlarını bildiriblər.

Avtosfer.az xəbər verir ki, bu hallardan biri də Nizami rayonunda yaşanır.

Belə ki, rayonun Qara Qarayev prospektində, “Neftçilər” metro stansiyasının girişində “Mc.Donald`s” ilə üzbəüzdə yerləşən səyyar satışla məşğul olan şəxslər səkini avadanlıqlarla doldurub. Yaranan vəziyyətlə bağlı sakinlər sosial şəbəkədə foto yayıb və vəziyyətin araşdırılmasını xahiş edib.

Sözügedən səki əhalinin mütəmadi istifadə etdiyi ərazidə olduğu üçün yaranan bu vəziyyət vətəndaşların hərəkətinə mənfi təsir göstərir. Səkidə həmçinin reklam plakatının yerləşdirilməsi həmçinin “Uşaq aləmi” adlı mağazanın oyuncaqlarını sərgi kimi səkiyə düzməsi də şəhər görünüşünə mənfi təsir göstərir.

Fidan

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
50
avtosfer.az

10Mənbələr