İrandakı səfirliyimizin əməkdaşlarının ailə üzvləri də daxil olmaqla ümumilikdə 41 nəfər Azərbaycan vətəndaşının İran-Azərbaycan sərhəddindən keçidi təmin olunub.
Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.
Ayxan Hacızadə qeyd edib ki, İrandakı səfirliyimiz və Təbriz şəhərindəki Baş Konsulluğumuz, habelə İsraildəki səfirliyimiz Azərbaycan vətəndaşları tərəfindən qaynar xətlərə daxil olan müraciətləri müvafiq olaraq nəzərdən keçirir və zəruri tədbirlər görür. O bildirib ki, bununla əlaqədar, ilkin olaraq İrandakı səfirliyimizin əməkdaşlarının ailə üzvləri də daxil olmaqla ümumilikdə 41 nəfər Azərbaycan vətəndaşının İran-Azərbaycan sərhəddindən keçidi təmin olunub.
"Səfirliklərimiz və müvafiq konsulluğumuz fəaliyyətlərini davam etdirir", - deyə o qeyd edib.
İrandan xarici ölkə vətəndaşlarının Astara sərhəd-gömrük məntəqəsindən Azərbaycan ərazisi vasitəsilə təxliyyəsi də davam edir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.