AZ

Elçin Məsiyev Avropa çempionatının oyununa təyinat aldı

FIFA referisi Elçin Məsiyev Slovakiyada təşkil edilən 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının qrup mərhələsinin III turunda keçiriləcək Gürcüstan – Portuqaliya oyununun baş hakimi olacaq.
 
Moderator.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər.
 
Dördüncü hakim funksiyasını venesuelalı Aleksis Errera yerinə yetirəcək.
 
İyunun 17-də Trençin şəhərində yerləşən “Siqot” stadionunda keçiriləcək C qrupunun matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
 
Qeyd edək ki, E.Məsiyev iyunun 12-də turnirin A qrupunun Çexiya – İngiltərə (1:3) görüşünü idarə edib.
 
Seçilən
1
31
moderator.az

10Mənbələr