AZ

Azərbaycan Tehrandakı diplomatlarımızın ailə üzvlərini İrandan çıxartdı RƏSMİ

ain.az xəbər verir, Sitat.info saytına əsaslanaraq.

İran İslam Respublikasındakı Səfirliyimiz və Təbriz şəhərindəki Baş Konsulluğumuz, habelə İsrail Dövlətindəki Səfirliyimiz Azərbaycan Respublikası vətəndaşları tərəfindən qaynar xəttlərə daxil olan müraciətləri müvafiq olaraq nəzərdən keçirir və zəruri tədbirlər görür.

Sitat.info xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.

O bildirib ki, bununla əlaqədar, ilkin olaraq İran İslam Respublikasındakı Səfirliyimizin əməkdaşlarının ailə üzvləri də daxil olmaqla ümumilikdə 41 nəfər Azərbaycan vətəndaşının İran-Azərbaycan sərhədindən keçidi təmin olunub.

Səfirliklərimiz və müvafiq konsulluğumuz fəaliyyətlərini davam etdirir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
42
sitat.info

10Mənbələr