AZ

İsmayıllıda hotel YANDI

İsmayıllıda hotel yanıb.
 
Yanğın ötən gün gecə saatlarında rayonun Gəndov kəndindəki "Family" hoteldə baş verib.
 
Yanğın yerinə İsmayıllı rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikaları və şəxsi heyəti cəlb olunub.
 
Yanğın zamanı Qəhrəmanov Nəsib Bahadır oğluna məxsus üçmərtəbəli hotelin üçüncü mərtəbəsinin 525 kvadratmetr sahəsi içərisindəki əşyaları ilə birlikdə tamamilə yanıb.
 
Hotelin qalan hissəsi isə yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb. (Unikal)
Seçilən
13
8
moderator.az

10Mənbələr