İsmayıllı rayonunda hotel yanıb.
Senzor.az bildirir ki, hadisə rayonun Gəndov kəndindəki “Family İnn” hoteldə qeydə alınıb.
Yanğın zamanı Qəhrəmanov Nəsib Bahadur oğluna məxsus üçmərtəbəli hotelin üçüncü mərtəbəsinin 525 k/m sahəsi içərsindəki əşyaları ilə birlikdə tamamilə yanıb.
Hotelin qalan hissəsi yanğından mühafizə olunub.
Hadisə zamanı xəsarət alan olmayıb.