ain.az, News24 portalına istinadən məlumat verir.
Bu gün səhər saatlarında Çinin Hunan əyalətində yerləşən Şançjou kəndi yaxınlığındakı atəşfəşanlıq fabrikində güclü partlayış baş verib.
News24.az xəbər verir ki, bu barədə Global Times-ın məlumat yayıb. Partlayış nəticəsində havaya qalxan qalın qara tüstü görüntülənib.
Hadisə yerinə yanğınsöndürənlər, polis və təcili tibbi yardım briqadaları cəlb olunub. Rəsmi məlumatlara əsasən, 9 nəfər xilas edilib, bir neçə nəfər yaralanıb. Ən azı 2 nəfər isə itkin düşüb. Hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Son zamanlar müxtəlif ölkələrdə oxşar sənaye qəzaları yaşanır; ötən ay Serbiyada və İranda da zavod partlayışları qeydə alınmışdı.
Səma Orucova
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.