AZ

Çində dəhşətli partlayış - İTKİN DÜŞƏNLƏR VAR

Bu gün səhər saatlarında Çinin Hunan əyalətində yerləşən Şançjou kəndi yaxınlığındakı atəşfəşanlıq fabrikində güclü partlayış baş verib. 

News24.az xəbər verir ki, bu barədə Global Times-ın məlumat yayıb. Partlayış nəticəsində havaya qalxan qalın qara tüstü görüntülənib.

Hadisə yerinə yanğınsöndürənlər, polis və təcili tibbi yardım briqadaları cəlb olunub. Rəsmi məlumatlara əsasən, 9 nəfər xilas edilib, bir neçə nəfər yaralanıb. Ən azı 2 nəfər isə itkin düşüb. Hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Son zamanlar müxtəlif ölkələrdə oxşar sənaye qəzaları yaşanır. Ötən ay Serbiyada və İranda da zavod partlayışları qeydə alınmışdı.

Səma Orucova

Seçilən
12
1
news24.az

2Mənbələr