AZ

Əkrəm İmamoğlu hakim qarşısında

ain.az, News24 portalına istinadən məlumatı açıqlayır.

İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı keçirilən əməliyyatda həbs edilən və vəzifəsindən uzaqlaşdırılan Əkrəm İmamoğlu hakim qarşısına çıxarılıb.

News24.az xəbər verir ki, keçirilən iclasda Əkrəm İmamoğlu və vəkilləri iştirak edib.

Məhkəməyə CHP sədri Özgür Özəl və partiya üzvləri də tamaşaçı qismində qatılıb.

Sədrlik edən hakim bildirib ki, işin mahiyyəti üzrə dövlət ittihamçısı tərəfindən hazırlanmış rəy materiala təqdim edilib.

Rəydə İmamoğlunun “vəzifəsinə görə dövlət məmurunu açıq şəkildə təhqir etmə”, “hədələmə" cinayətlərinə görə 2 il 8 aydan 7 il 4 aya qədər azadlıqdan məhrum edilməsi istənilib.

Rəydə, həmçinin, Türkiyə Cəza Məcəlləsinin 53-cü maddəsinin 1-ci bəndinin tətbiqi tələb olunur ki, “Şəxs qəsdən törədilən cinayətə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinin hüquqi nəticəsi olaraq, daimi, müvəqqəti və ya müvəqqəti ictimai vəzifə götürməkdən, bu çərçivədə Türkiyə Böyük Millət Məclisinin üzvü olmaqdan, Türkiyə Böyük Millət Məclisi tərəfindən verilmiş bütün xidmətlər və ya dövlət qulluğunda işləməkdən məhrum edilir".

Qeyd edək ki, iclas Əkrəm İmamoğlunun müdafiəsi ilə davam edir.

Günel Məlikzadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
8
news24.az

10Mənbələr