AZ

Əkrəm İmamoğlu ilə bağlı ŞOK QƏRAR

İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı aparılan korrupsiya istintaqı çərçivəsində həbs olunan İBB sədri Əkrəm İmamoğlu ilə bağlı diqqətçəkən qərar verilib.

Publika.az “Haber7”-yə istinadla xəbər verir ki, İstanbul Baş Prokurorluğu ictimai nəqliyyat vasitələrində Əkrəm İmamoğlunun foto, video və audio materiallarından istifadəni qadağan edib.

İstanbul Böyükşəhər Bələdiyyəsinə göndərilən təlimata görə, İmamoğlu ilə bağlı məzmunlar artıq metro, avtobus və digər nəqliyyat vasitələrində mövcud olmayacaq.

Xatırladaq ki, Əkrəm İmamoğlu martın 23-də korrupsiya və terror ittihamı ilə həbs edilib.

Seçilən
6
8
publika.az

10Mənbələr