İranın xarici işlər naziri Abbas Ərakçi İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Hüseyn İbrahim Taha ilə İsrailin İrana hücumlarını müzakirə edib. Ərakçi İslam ölkələrini "İsrailin bölgə ölkələrinə qarşı artan qanunsuzluğuna qarşı birgə hərəkətə keçməyə" çağırıb.
Ölkəsinin xarici hücumlara qarşı özünü müdafiə etmək hüququna malik olduğunu bildirən Ərakçi, İran silahlı qüvvələrinin “təcavüz dayanana qədər İran xalqını müdafiə etmək əzmində olduğunu deyib.
Taha isə İsrailin İrana hücumlarından narahatlığını ifadə edib və hücumu şiddətlə qınayıb. Bölgədə narahatlıq doğuran gərginlik və etibarsızlığın yayılmasının qarşısını almaq və beynəlxalq hüquq pozuntularına qarşı qlobal dəstək vermək üçün çalışacaqlarını bildirən Taha, İslam Əməkdaşlıq Təşkilatı vasitəsilə Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlıq çərçivəsində hərəkətə keçəcəklərini bildirib.
TAHİR