İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) kəşfiyyat rəisi briqada generalı Məhəmməd Kazımi İsrailin hücumu nəticəsində həyatını itirib.
Bu barədə silahlı birləşmənin mətbu orqanı olan “Sepah News” məlumat yayıb.
“Düşmən yaşayış məntəqələrində dinc əhalini hədəfə alıb, nəticədə kəşfiyyat komandirlərindən üç nəfəri – Məhəmməd Kazımi, Həsən Mühəqqiq və Möhsün Baqirini öldürərək şəhadətə qovuşdurub”, – nekroloqda qeyd olunub.
**20:32(15.06.2025)
İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) kəşfiyyat rəisi briqada generalı Məhəmməd Kazımi və müavini Həsən Mühəqqəq İsrailin hücumları nəticəsində dağıntıları altında qalıblar.
Bu barədə “Iran International” məlumat yayıb.
“Sepah”ın kəşfiyyat idarəsinin başçısı Məhəmməd Kazımi və onun müavini Həsən Mühəqqəq İsrailin Tehranda “Sepah”ın kəşfiyyat idarəsinin binasına hücumu nəticəsində dağıntılar altında qalıblar”, – telekanal vurğulayıb.
Bildirilib ki, onların sağ olub-olmadıqları bəlli deyil.