AZ

“Sepah” kəşfiyyat rəisinin öldüyünü təsdiqləyib

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) kəşfiyyat rəisi briqada generalı Məhəmməd Kazımi İsrailin hücumu nəticəsində ölüb.

“Report” xəbər verir ki, bu barədə silahlı birləşmənin mətbu orqanı olan “Sepah News” məlumat yayıb.

“Düşmən yaşayış məntəqələrində dinc əhalini hədəfə almış, nəticədə kəşfiyyat komandirlərindən üç nəfər – şəhid Məhəmməd Kazımi, Həsən Mühəqqiq və Möhsün Baqirini öldürərək şəhadətə qovuşdurub”, – nekroloqda qeyd olunub.

Seçilən
31
1
musavat.com

2Mənbələr