Xəbər verdiyimiz kimi, İsrail aviasiyası Tehran şəhərində hədəflərə zərbələr endirməyə başlayıb. Hazırda İran hava hücumundan müdafiə sistemləri zərbələri dəf etməyə çalışır.
Musavat.com xəbər verir ki, yayılan məlumatlara görə, İsrail qırıcıları SEPAH-ın Tehrandakı qərargahına zərbə endirib.
Görüntüləri təqdim edirik:
Sosial şəbəkələrdə yayılan məlumatlara görə, Tehranda Mehrabad hava limanı ərazisində güclü partlayış baş verib.
İsrailin İran parlamentinin binasına hücum etdiyi barədə də hələlik təsdiqlənməmiş məlumatlar daxil olub.
Musavat.com