AZ

İsrail niyə məhz Ramazan Qərargahını bombaladı?

Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Baku TV-nin "Hərbi xronika" rubrikasının yeni buraxılışında hərbi jurnalist Fərdin İsazadə İran-İsrail münaqişəsindən bəhs edib.

O bildirib ki, 2025-ci ilin iyunun 13-də İsrail İran ərazisinə genişmiqyaslı hava hücumları həyata keçirib. Hücumlar zamanı əsas strateji hədəflərdən biri Kirmanşahdakı Ramazan Qərargahı olub:

"Zərbələr nəticəsində regiondakı proksi qüvvələrin koordinasiyasında mühüm rol oynayan Ramazan Qərargahının yerüstü infrastrukturunun bir hissəsi zədələnib. Lakin obyektin əsas idarəetmə və silah sistemlərinin dağ massivinin altında yerləşməsi səbəbi ilə tam sıradan çıxarılması təsdiq olunmayıb".

F.İsazadə vurğulayıb ki, İran İsrailin bu əməliyyatlarına cavab olaraq bir sıra hərbi obyektləri hədəf alan cavab zərbələri həyata keçirib:

"Ən diqqətçəkən məqam isə İranın cavab tədbirlərini təkcə qurudan deyil, dənizdən də icra etməsidir. İran Hərbi Dəniz Qüvvələri İsrailə sualtı qayıqlardan ballistik raket zərbələri həyata keçirib. Əvvəllər yalnız təlim xarakterli sınaqlarda tətbiq olunan bu taktika İran tərəfindən ilk dəfə real döyüş şəraitində istifadə edilib".

Hərbi jurnalist qeyd edib ki, bu faktı həm cavab imkanlarının genişliyi, həm də İranın texnoloji imkanlarının nümayişi kimi dəyərləndirmək olar:

"Bu addım qarşıdurmanın artıq yalnız hava və quru üzərində deyil, strateji dəniz ərazilərində də hərbi fəallıq mərhələsinə keçdiyini göstərir. Eyni zamanda bu, bölgədə fəaliyyət göstərən ABŞ donanmasına ünvanlanmış dolayı bir siqnal kimi də qəbul oluna bilər".

İsrail niyə məhz Ramazan Qərargahını bombaladı?

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
34
32
oxu.az

10Mənbələr