Bakivaxti portalından alınan məlumata görə, ain.az xəbər verir.
Tbilisidən Təl-Əviv, Əbu-Dabi, Şarja, Ərbil, Dehli və Dubaya, həmçinin Batumidən İsrailin və İranın şəhərlərinə uçuşlar ləğv edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Georgian Airways” şirkəti məlumat yayıb. Bildirilir ki, Tbilisi və Batumi beynəlxalq hava limanlarını idarə edən TAV Georgia şirkəti Yaxın Şərqdəki gərginliyə görə Gürcüstanın hava limanlarında şənbə günü 19 reysi ləğv edib.
“Şənbə günü Tbilisi hava limanında 15, Batumidə isə dörd reys təxirə salınıb”, – deyə şirkətdən jurnalistlərə bildirilib.
“Georgian Airways”in yaydığı bəyanatda bildirilir ki, Tbilisi ilə Təl-Əviv arasında iyunun 14 və 15-nə planlaşdırılan reyslər də ləğv edilib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.