Tbilisidən Təl-Əviv, Əbu-Dabi, Şarja, Ərbil, Dehli və Dubaya, həmçinin Batumidən İsrailin və İranın şəhərlərinə uçuşlar ləğv edilib.
Publika.az xəbər verir ki, bu barədə “Georgian Airways” şirkəti məlumat yayıb.
Bildirilib ki, Tbilisi və Batumi beynəlxalq hava limanlarını idarə edən TAV Georgia şirkəti Yaxın Şərqdəki gərginliyə görə Gürcüstanın hava limanlarında şənbə günü 19 reysi ləğv edib.