AZ

İlkay Gündoğan “Qalatasaray” yolunda

“Qalatasaray” yay transfer dönəmində “Mançester Siti”nin futbolçusu İlkay Gündoğanı heyətinə qata bilər.

Msport.az xəbər verir ki, İstanbul təmsilçisi 34 yaşlı yarımmüdafiəçinin keçidi ilə bağlı danışıqlara başlayıb. Səudiyyə Ərəbistanı klubları da təcrübəli oyunçunun xidmətində maraqlıdır. Lakin futbolçu Türkiyədə çıxış etməyə üstünlük verir.

Qeyd edək ki, İlkay Gündoğan 2024-25 mövsümündə “Mançester Siti”nin heyətində 50 oyuna çıxıb, 3 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
4
3
msport.az

6Mənbələr