AZ

İlkay Gündoğan Mançester Siti ni bu kluba dəyişir Danışıqlar başladı

Fanat portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Mançester Siti"nin yarımmüdafiəçisi İlkay Gündoğan bu yay klubunu dəyişə bilər. 

Fanat.Az xəbər verir ki, 34 yaşlı futbolçunu "Qalatasaray" istəyir. 

Jurnalist Yağız Sabuncuoğlunun məlumatına görə, Türkiyə çempionu artıq İngiltərə nəhəngi ilə danışıqlara başlayıb. "Qalatasaray" alman pasportlu, lakin türk əsilli təcrübəli yarımmüdafiəçini heyətinə qatmaq üçün cəlbedici təklif hazırlayıb.  

Səudiyyə Ərəbistanı klubları da Gündoğana maraq göstərir, lakin futbolçunun özü Türkiyə variantına meyl edir. 

İlkay Gündoğan bu mövsüm "Mançester Siti"nin heyətində bütün turnirlərdə 50 oyuna çıxıb, 3 qol vurub və 7 məhsuldar ötürmə edib.

Mirağa

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
2
fanat.az

6Mənbələr