Ermənistanın paytaxtı İrəvanda atışma olub. Avtosfer.az bu barədə “Report” istinadən xəbər verir.
Məlumata görə, hadisə paytaxtdakı restoran kompleksinin ərazisində qeydə alınıb. İnsident zamanı 1 nəfər xəsarət alıb. O, xəstəxanaya çatdırılıb.
Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Hadisə yerində sursat, qan izləri, həmçinin içərisində güllə izləri olan “Opel” markalı avtomobil aşkarlanıb.
Araşdırma aparılır.