AZ

Şəmkirdə maşın aşıb, ölən və xəsarət alan var - Yenilənib

Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib...

Şəmkirdə baş verən yol qəzasında ölən və xəsarət alanların adları məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə nəticəsində avtomobildə olan sərnişin 1994-cü il təvəllüdlü H.İsmayılova ölüb.

Avtomobilin sürücüsü, 2001-ci il təvəllüdlü Ş.Huseynova və sənrnişin 2021-ci il təvəllüdlü Əli Cavanşir oğlu xəsarət alıb.

Məlumata görə, qəzada ölən H.İsmayılova və xəsarət alan Ş.Hüseynova Şəmkir rayonun Dəllər Cırdaxan kənd orta məktəbinin müəllimləridir.

***

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax-Gürcüstan magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Avtomobil idarəetmədn çıxaraq yolun kənarına aşıb. Nəticədə 1 nəfər ölüb, azyaşlı xəsarət alıb.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Poliqon.info

Seçilən
67
50
poliqon.info

10Mənbələr