AZ

Poqba qərarını verdi: Bu kluba keçmək istəyir

“Mançester Yunayted”, “Yuventus” və Fransa millisinin sabiq yarımmüdafiəçisi Pol Poqba karyerasını davam etdirəcəyi yeni klubla bağlı qərarını verib.

Publika.az xəbər verir ki, bu barədə “RMC Sport” məlumat yayıb.

Fransalı futbolçu “Monako”ya keçməyə razılıq verib. Hazırda o, klubla danışıqlar aparır və maliyyə baxımından müəyyən güzəştlərə getməyə hazırdır.

Bildirilir ki, Poqba transferin baş tutacağı təqdirdə ailəsi ilə birlikdə tez bir zamanda Fransanın cənubunda məskunlaşmaq üçün bütün hazırlıqları görüb.

Seçilən
15
7
publika.az

8Mənbələr