AZ

Fransa nəhəngi Poqba ilə danışıqlara BAŞLADI

"Monako" fransalı futbolçu Pol Poqba ilə danışıqlara başlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

32 yaşlı oyunçuya 2 illik müqavilə təklif olunub. Tərəflər arasında danışıqların bu həftə davam edəcəyi bildirilir.

Xatırladaq ki, Poqba antidopinq qaydalarını pozduğuna görə dörd il müddətinə diskvalifikasiya edilmişdi, amma cəza 18 aya endirildi. Fransız futbolçu rəsmi olaraq 2025-ci il martın 10-da diskvalifikasiya müddətini başa vurub.

Bizim.Media

Seçilən
10
7
bizim.media

8Mənbələr