ain.az, Apa.az saytına istinadən bildirir.
İsrail ABŞ administrasiyasına müraciət edərək İrana qarşı hərbi əməliyyatlara qoşulmasını istəyib.APA xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.
Nəşrin yazdığına görə, İsrailin əsas məqsədi İranın nüvə proqramını tamamilə sıradan çıxarmaqdır.
ABŞ Prezidenti Donald Tramp isə İsrailin Baş naziri Benyamin Netanyahuya Vaşinqtonun zərurət yaranacağı halda əməliyyata qoşula biləcəyini bildirib.
Portal qeyd edir ki, İsrail ordusunun Fordodakı uranın zənginləşdirilməsi zavodunu məhv etmək üçün kifayət qədər arsenalı yoxdur. Bu səbəbdən Təl-Əviv ABŞ-ın hərbi dəstəyinə ümid edir.
Bununla yanaşı, nəşr xəbərdarlıq edir ki, ABŞ-ın İran ərazisində bir hədəfi bombalaması belə Vaşinqtonun münaqişəyə birbaşa cəlb olunması ilə nəticələnə bilər.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.