“İnter” yay fasiləsində Hakan Çalhanoğlunu sata bilər.
Msport.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçinin qiyməti 35-40 milyon avro dəyərləndirilir.
Hakan “Qalatasaray” və Səudiyyə Ərəbistanı klublarının diqqət mərkəzinə düşüb. “İnter” sərfəli təkli alacağı təqdirdə, onun transferinə yaşıl işıq yandıracaq.
Qeyd edək ki, Çalhanoğlu 2021-ci ildən “İnter”in formasını geyinir. O, geridə qalan mövsümdə 47 oyunda 11 qol vurub, 8 ötürmə verib.