AZ

"İnter"in Hakana qoyduğu qiymət açıqlanıb

İtaliya mətbuatının iddiasıdan görə, "İnter" yayda Hakan Çalhanoğlunu sata bilər.

İdman.biz xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçinin qiyməti 35-40 milyon avro dəyərləndirilir.

Hakan Türkiyənin "Qalatasaray" və Səudiyyə Ərəbistanı klublarının diqqət mərkəzinə düşüb. "İnter" sərfəli təkli alacağı təqdirdə, onun transferinə yaşıl işıq yandıracaq.

Qeyd edək ki, Çalhanoğlu 2021-ci ildən "İnter"in formasını geyinir. O, arxada qalan mövsümdə 47 oyunda 11 qol vurub, 8 ötürmə verib.

İdman.biz

Seçilən
6
2
idman.biz

3Mənbələr