Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tarmp arasında telefon danışığı baş tutub.
Sfera.az xəbər verir ki, danışıqlar 50 dəqiqə davam edib.
Məlumata görə, liderlər Yaxın Şərqdə gərginləşən vəziyyəti müzakirə ediblər. Rusiya lideri Trampa ötən gün İran prezidenti və İsrailin baş naziri ilə apardığı telefon danışıqları barədə məlumat verib.
Putin Trampa Rusiyanın İranın nüvə dosyesi ilə bağlı qarşılıqlı məqbul razılaşmalar tapmaq təklifini xatırladıb. Tramp Yaxın Şərqdəki vəziyyəti çox narahatedici qiymətləndirib. Prezidentlər İranın nüvə proqramı üzrə danışıqlar yoluna qayıtmağı istisna etməyiblər.