AZ

Putinin Trampla növbəti telefon danışığı oldu

BAKI, 14 iyun. TELEQRAF

Bu gün Rusiya və ABŞ Prezidentləri telefonda danışıblar.

Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

O deyib ki, 50 dəqiqə çəkən söhbət faydalı olub. Liderlər Yaxın Şərqdə gərginləşən vəziyyəti müzakirə ediblər.

Rusiya lideri Trampa ötən gün İran prezidenti və İsrailin baş naziri ilə apardığı telefon danışıqları barədə məlumat verib.

V.Putin D.Trampa Rusiyanın İranın nüvə dosyesi ilə bağlı qarşılıqlı məqbul razılaşmalar tapmaq təklifini xatırladıb.

Tramp Yaxın Şərqdəki vəziyyəti çox narahatedici kimi qiymətləndirib.

Prezidentlər İranın nüvə proqramı üzrə danışıqlar yoluna qayıtmağı istisna etməyiblər.

Seçilən
48
4
teleqraf.com

6Mənbələr