İraq İrandan ABŞ-nin onun ərazisindəki hədəflərini vurmamağı xahiş edib.
“Report” “Times of Israel”ə istinadən xəbər verir ki, bu barədə yüksək rütbəli təhlükəsizlik rəsmisi bildirib.
ABŞ antiterror koalisiyasının tərkibində İraqa 2 500-ə yaxın hərbçi göndərib.
“Regional gərginliyə cəlb edilməkdən çəkinərək İraq hökuməti Tehrandan onun ərazisinə zərbə endirməməyi xahiş edib”, - İraqın yüksək rütbəli təhlükəsizlik rəsmisi AFP-yə deyib.
Mənbə onu da qeyd edir ki, Tehran Bağdadın xahişini anlayışla qarşılayıb.