EN

İraq İrandan ABŞ-nin onun ərazisindəki hədəflərini vurmamağı xahiş edib

İraq İrandan ABŞ-nin onun ərazisindəki hədəflərini vurmamağı xahiş edib.

“Report” “Times of Israel”ə istinadən xəbər verir ki, bu barədə yüksək rütbəli təhlükəsizlik rəsmisi bildirib.

ABŞ antiterror koalisiyasının tərkibində İraqa 2 500-ə yaxın hərbçi göndərib.

“Regional gərginliyə cəlb edilməkdən çəkinərək İraq hökuməti Tehrandan onun ərazisinə zərbə endirməməyi xahiş edib”, - İraqın yüksək rütbəli təhlükəsizlik rəsmisi AFP-yə deyib.

Mənbə onu da qeyd edir ki, Tehran Bağdadın xahişini anlayışla qarşılayıb.

Chosen
20
2
report.az

3Sources