Bakı. Trend:
Türkiyənin İğdır vilayətindən olan iş adamları Ağdam SənayeParkı ilə tanış olublar.
Bu barədə Trendİqtisadi Zonaların İnkişafı Agentliyinə (İZİA) istinadən xəbərverir.
Belə ki, Agentliyin İdarə Heyətinin sədri Seymur Adıgözəlovnümayəndə heyətinə işğaldan azad olunmuş ərazilərdə görülmüş işlər,investorlar üçün tətbiq olunan güzəşt və azadolmalar, həyatakeçirilən layihələr barədə məlumat verib.
Bildirilib ki, 190 hektar ərazini əhatə edən Sənaye Parkınınprioritet istiqamətləri kimi tikinti materiallarının istehsalı,kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəzkonservləri, ət və süd məhsulları, yem, gübrə istehsalı və emalı,eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların və s.təşkili müəyyənləşdirilib.
"Hazırda Parkda investisiya portfeli 260 milyon manatdan çox 28sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkar isəqeyri-rezidentlik statusu verilib, 9 müəssisə fəaliyyət göstərir.Digər müəssisələrin təşkili istiqamətində işlər davametdirilir.
Bugünədək Sənaye Parkında görülən işlərə sahibkarlar tərəfindən115 milyon manatdan çox investisiya yatırılıb, 650-dən artıq daimiiş yeri yaradılıb", - məlumatda qeyd olunub.
Görüş çərçivəsində Türkiyəli iş adamları Ağdam Sənaye Parkındamövcud biznes imkanlarından yararlanmağa dəvət edilib.
Qonaqlar Ağdam Sənaye Parkıda görülmüş işlər, Parkın rezidenti“Bafco İnvest” MMC-nin müxtəlif növ ayaqqabıların istehsalımüəssisəsinin fəaliyyəti ilə tanış olublar.