Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Bakı, 14 iyun, AZƏRTAC
İyunun 13-də Beynəlxalq Xizək və Snoubord Federasiyasının (FIS) Konqresində keçirilən səsvermədə Azərbaycan Qış İdmanı Növləri Federasiyasının FIS-ə tam üzvlüyü qəbul edilib.
Bu barədə AZƏRTAC-a Azərbaycan Qış İdmanı Növləri Federasiyasından məlumat verilib.
Azərbaycan Qış İdmanı Növləri Federasiyası tərəfindən 2026-cı ildə Moqul üzrə Dünya Kubokunun final mərhələsinin Azərbaycanda keçirilməsi ilə bağlı FIS-ə ünvanladığı müraciət müsbət qarşılanıb.
Əldə olunan nəticəyə əsasən FIS tərəfindən yarışın "Şahdağ" Turizm Mərkəzində keçirilməsinə dair qərar qəbul edilib və yarış beynəlxalq federasiyanın yarış təqviminə salınıb.
Dünya Kubokunun 2026-cı ilin martın 14-15-də "Şahdağ" Turizm Mərkəzində keçirilməsi nəzərdə tutulur.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.