Bakı. Trend:
İyunun 13-də Beynəlxalq Xizək və Snoubord Federasiyasının (FIS)Konqresində keçirilən səsvermədə Azərbaycan Qış İdmanı NövləriFederasiyasının FIS-ə tam üzvlüyü qəbul edilib.
Trend xəbərverir ki, Azərbaycan Qış İdmanı Növləri Federasiyası tərəfindən2026-cı ildə Moqul üzrə Dünya Kubokunun final mərhələsininAzərbaycanda keçirilməsi ilə bağlı FIS-ə ünvanladığı müraciətmüsbət qarşılanıb.
Əldə olunan nəticəyə əsasən, FIS tərəfindən yarışın “Şahdağ”Turizm Mərkəzində keçirilməsinə dair qərar qəbul edilib və yarışbeynəlxalq federasiyanın yarış təqviminə salınıb.
Dünya Kubokunun 2026-cı ilin 14-15 mart tarixlərində “Şahdağ”Turizm Mərkəzində keçirilməsi nəzərdə tutulur.