AZ

AK Partiya heyəti Heydər Əliyevinməzarını ziyarət etdi- Foto

BAKI, 14 iyun. TELEQRAF

Türkiyə ilə Azərbaycan arasındakı müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsinin 4-cü ildönümü tədbirləri çərçivəsində Azərbaycanda səfərdə olan Əfkan Ala və onu müşayiət edən nümayəndə heyəti əvvəlcə mərhum Prezident Heydər Əliyevin məzarını ziyarət edib.

Teleqraf xəbər verir ki, Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini və baş katibi Tahir Budaqovun müşayiətilə Əfkan Ala və nümayəndə heyəti daha sonra 20 Yanvar şəhidlərinin dəfn olunduğu Bakı Şəhidlər Xiyabanını və Qafqaz İslam Ordusu şəhidlərinin xatirəsinə ucaldılmış məzarların yerləşdiyi Bakı Türk Şəhidliyini ziyarət ediblər.

Ziyarətdə Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstel də iştirak edib.

Əfkan Alanın rəhbərlik etdiyi heyətdə AK Partiya sədrinin müavini Zafer Sırakaya və AK Partiyanın İstanbul millət vəkili Şamil Ayrım da yer alıb. Heyət sabah Şuşa Bəyannaməsinin 4-cü ildönümü münasibətilə keçiriləcək tədbirdə iştirak edəcək.

Seçilən
9
1
teleqraf.com

2Mənbələr