Bu gün Vəhdət Partiyasının növbədənkənar VI qurultayı keçirilir.
Yenisabah.az pravda.az-a istinadla xəbər verir ki, qurultayın gündəliyinə yeni sədrin seçilməsi, Baş Məclisin yeni üzvlərinin təsdiq olunması, Nizamnaməyə dəyişiklik və s. daxildir.
Partiyanın hazırki sədri Tahir Kərimli növbəti müddətə namizədliyini irəli sürməyəcək. O, sədr olmasa da, partiya həyatında bundan sonra da aktiv iştirak edəcək. Sədrliyə namizəd partiya sədrinin müavini, məşhur politoloq Adəm İsmayıl Bakuvidir.
“Məhşər Divanı: Yalanın 17 anı” kitabında yalançı erməni tarixindən bəhs edilir
A.İsmayıl Bakuvi Bakı şəhərində anadan olub. Elmlər doktorudur, yüzlərlə analitik və publisistik məqalələr, 3 monoqrafiya, 20-yə yaxın elmi araşdırma müəllifidir.
1994-cü ildə yaradılan partiyaya 1998-ci ildən Tahir Kərimli rəhbərlik edib. T.Kərimli Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri (1992–1993), İsmayıllı rayon XDS-nin deputatı (1990–1993), Azərbaycan Ali Sovetinin deputatı (1990–1995), Azərbaycan Respublikasının Milli Məclisi V və VI çağırış deputatı olub.
Telegram kanalımız