AZ

Tahir Kərimli Vəhdət Partiyasının sədrliyindən getdi – Yeni rəhbər məşhur politoloqdur - FOTO

Bu gün Vəhdət Partiyasının növbədənkənar VI qurultayı keçiriləcək.

 

Pravda.az-ın xəbərinə görə, qurultayın gündəliyinə yeni sədrin seçilməsi, Baş Məclisin yeni üzvlərinin təsdiq olunması, Nizamnaməyə dəyişiklik və s. daxildir.

 

Partiyanın hazırki sədri Tahir Kərimli növbəti müddətə namizədliyini irəli sürməyəcək. O, sədr olmasa da, partiya həyatında bundan sonra da aktiv iştirak edəcək. Sədrliyə namizəd partiya sədrinin müavini, məşhur politoloq Adəm İsmayıl Bakuvidir. 

Adəm

A.İsmayıl Bakuvi Bakı şəhərində anadan olub. Elmlər doktorudur, yüzlərlə analitik və publisistik məqalələr, 3 monoqrafiya, 20-yə yaxın elmi araşdırma müəllifidir.

 

Qeyd: 1994-cü ildə yaradılan partiyaya 1998-ci ildən Tahir Kərimli rəhbərlik edib. T.Kərimli Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri (1992–1993), İsmayıllı rayon XDS-nin deputatı (1990–1993), Azərbaycan Ali Sovetinin deputatı (1990–1995), Azərbaycan Respublikasının Milli Məclisi V və VI çağırış deputatı olub.

 

Nadir

Tarix: 14 İyun 2025, 11:45   
Seçilən
23
5
pravda.az

6Mənbələr