AZ

İran: İsrailin hücumları bizi diplomatik yoldan çəkindirdi

İsrailin hücumları bizi diplomatik yoldan çəkindirdi.

Operativ Media xəbər verir ki, bu barədə İran XİN məlumat yayıb.

"Tehran ABŞ ilə yeni danışıqlar raundu üçün məsləhətləşmələr aparırdı. Lakin İsrailin həyata keçirdiyi hava zərbələri ölkəni “diplomatiya yolundan çıxmağa” məcbur edib." , - deyə bildirilib.

Nazirin sözlərinə görə, hücumlar fonunda Tehran siyasi həll imkanlarını arxa plana keçirməli olub.

Qeyd edək ki, iyunun 13-ü gecə saatlarında İsrail İrana qarşı “Rising Lion” əməliyyatını həyata keçirib.

Xüsusilə, İsrail Hərbi Hava Qüvvələri İranın hərbi və nüvə obyektlərinə hücum edib.

İsrail zərbələri nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun rəhbəri, bir sıra digər hərbi rəhbərlər, həmçinin nüvə alimləri həlak olublar.

Bundan əlavə, zərbələr nəticəsində İranın mülki əhalisi arasında da həlak olanlar var.

Seçilən
25
1
operativmedia.az

3Mənbələr