AZ

İran İsveçrə səfirini XİN-ə çağırıb

İsrailin İrana hücumundan sonra İranın Xarici İşlər Nazirliyi İsveçrənin Tehrandakı səfirini ABŞ-nin maraqlarını təmsil edən diplomat kimi XİN-ə çağırıb.

Operativ Media xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, iyunun 13-ü gecə saatlarında İsrail İrana qarşı “Rising Lion” əməliyyatını həyata keçirib.

Xüsusilə, İsrail Hərbi Hava Qüvvələri İranın hərbi və nüvə obyektlərinə hücum edib.

İsrail zərbələri nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun rəhbəri, bir sıra digər hərbi rəhbərlər, həmçinin nüvə alimləri həlak olublar.

Bundan əlavə, zərbələr nəticəsində İranın mülki əhalisi arasında da həlak olanlar var.

Seçilən
31
1
operativmedia.az

3Mənbələr