“Sabah”ın yarımmüdafiəçisi Seymur Məmmədov əməliyyat olunub.
News24.az Publika.az-a istinadla xəbər verir ki, futbolçu ikitərəfli qasıq yırtığı diaqnozu ilə Türkiyədəki klinikalardan birində cərrahi müdaxilə keçirib.
Əməliyyat uğurla gerçəkləşib.
Seymur başa çatan mövsümdə “Sabah”ın əsas komandasında debüt edib