“Sabah”ın yarımmüdafiəçisi Seymur Məmmədov əməliyyat olunub.Rekord.az xəbər verir ki, futbolçu ikitərəfli qasıq yırtığı diaqnozu ilə Türkiyədəki klinikalardan birində cərrahi müdaxilə keçirib. Əməliyyat uğurla gerçəkləşib.