AZ

Nazir müavini: Azad edilmiş ərazilərdə biomüxtəlifliyin artırılması diqqətdə saxlanılır

İşğaldan azad edilmiş ərazilərin biomüxtəlifliyinin artırılması diqqət mərkəzində saxlanılır. Biomüxtəlifliyin artırılması və ekosistemin bərpası tədbirlərinə uyğun olaraq, Cəbrayıl rayonu ərazisinə 33 baş ceyran, Laçın rayonu ərazisinə 5 Şahin quşu, 4 baş Şərqi Qafqaz turu, 10 kəklik quşu, eləcə də Kəlbəcər rayonu ərazisinə 3 baş Bezoar keçisi buraxılıb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, bunu Xankəndi şəhərində keçirilən Ekoloji məsələlər üzrə İşçi qrupun iclasında ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.

“Həmçinin, bu günədək Bəsitçay, Həkəriçay, Köndələnçay və Bərgüşad çaylarına, eləcə də Köndələnçay, Suqovuşan və Xaçınçay su anbarlarına, ümumilikdə, 1,3 milyondan çox qızılxallı forel və çəki cinsli balıq körpələri buraxılıb”, - nazir əlavə edib.

Seçilən
25
6
apa.az

7Mənbələr