AZ

Nazir müavini: Azad edilmiş ərazilərdə biomüxtəlifliyin artırılması diqqət mərkəzindədir

İşğaldan azad edilmiş ərazilərin biomüxtəlifliyinin artırılması diqqət mərkəzində saxlanılır.

"Report"un Qarabağa ezam olunmuş müxbiri xəbər ki, bunu Ekologiya məsələləri üzrə işçi qrupun rəhbəri,Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov Xankəndidə keçirilən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupunun növbəti iclasında deyib.

Onun sözlərinə görə, biomüxtəlifliyin artırılması və ekosistemin bərpası tədbirlərinə uyğun olaraq, Cəbrayıl rayonu ərazisinə 33 baş ceyran, Laçın rayonu ərazisinə 5 Şahin quşu, 4 baş Şərqi Qafqaz turu, 10 kəklik quşu, eləcə də Kəlbəcər rayonu ərazisinə 3 baş Bezoar keçisi buraxılıb.

“Həmçinin, bu günədək Bəsitçay, Həkəriçay, Köndələnçay və Bərgüşad çaylarına, eləcə də Köndələnçay, Suqovuşan və Xaçınçay su anbarlarına, ümumilikdə, 1,3 milyondan çox qızılxallı forel və çəki cinsli balıq körpələri buraxılıb”, - V.Kərimov əlavə edib.

Seçilən
17
6
report.az

7Mənbələr